Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 08:48:00
Kənd yerlərində ciddi məktəb çatışmazlığı var

Qazaxıstan son illər təhsil sahəsində çox ciddi islahatlar həyata keçirir. Yeni məktəblər, ali və orta ixtisas müəssisələrinin sayı durmadan artır. Amma buna baxmayaraq əhalinin artım sürəti bu sahəyə daha ciddi diqqət ayrılmasını tələb edir.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, Qazaxıstan üzrə 34644 məktəb yaşlı şagirdin yaşadığı 1384 kənddə orta məktəb çatışmır. Amma bu şagirdlər yaxınlıqda yerləşən məktəblərə gedib-gəlmək üçün nəqliyyat vasitəsi ilə tam təmin olunublar. Bu şagirdlərdən 31741 nəfəri gündəlik avtobuslarla məktəbə aparılır. 2903 nəfər isə həftədə bir dəfə məktəbə aparılır və geri gətirilir. Yəni ikinci kateqoriyaya mənsub olan şagirdlər internat məktəblərdə təhsil alırlar.

Kəndlərin məktəblərlə tam təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Bu barədə hökumət tərəfindən xüsusi proqram qəbul olunub və sürətlə həyata keçirilir.

“Kazinform”un verdiyi bu məlumat AzEdu.az təhsil portalı olaraq bizi Respublikamızdakı bu sahədə vəziyyətətə nəzər salmağa təhrik etdi. Müvafiq qurumlarla kiçik bir sorğu apardıq. Məlum oldu ki, Azərbaycanda məktəblə təchiz olunmamış kənd yoxdur. Amma şagird olmadığına görə bağlı qalan məktəblərimiz var. Bu barədə hətta Milli Məclisin deputatı Musa Qasımlı Təhsil Nazirliyi ilə keçirilən görüşdə məlumat verib.