Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 09:26:00
Orta məktəblərdə Afrika dilləri öyrədilir

Rusiya məktəblərində əlavə xarici dil olaraq suaxili və amxar kimi Afrika dillərinin öyrənilməsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutunun direktoru Aleksey Maslov bildirib. Onun sözlərinə  görə, keçmiş Sovet İttifaqı dövründə bu dillərin orta məktəblərdə tədrisi həyata keçirilməyib. Əldə olunan məlumata görə, suaxili dili artıq Moskvadakı iki məktəbdə öyrənilir. Amxar dilinin öyrənilməsinə isə yaxın günlərdə başlanılacaq.

Bizim orta məktəblərdə əlavə xarici dilin tədrisi ilə bağlı vəziyyət nə yerdədir?

Ümumiyyətlə bizdə belə bir sistem mövcuddurmu? Orta məktəblərimizdə əsas xarici dildən-İngilis dilindən başqa hansı dillər öyrənilir? Azedu.az təhsil portalı olaraq bu barədə təhqiqat aparma fikrindəyik. Bizi izləyin.