Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 09:56:00
Direktoru heykələ görə işdən çıxardılar

Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən məktəbin direktoru istefa verməyə məcbur olub. Buna səbəb valideynlərdən birinin direktordan şikayət etməsidir. Belə ki, 6-cı sinifdə tarix dərsi zamanı müəllim Mikelanjelonun yaradıcılığının məhsulu olan Davidin heykəlini, “Adəmin yaranışı”, Bottiçellinin “Veneranın doğulması” şəkillərini nümayiş etdirib. Tarixdən məlum olduğu kimi David Qoliafı məğlub edən Bibliya personajıdır. 

AzEdu.az xəbər verir ki, qeyd olunan hər üç sənət əsəri çılpaq  təsvir olunub və bu səbəbdən valideynlər müəllimə və direktora qarşı şikayətə baş vurublar. Onlar iddia ediblər ki, belə mövzuların müzakirəsi zamanı mütləq valideynlərə xəbər verilməlidir və valideynlər razılıq verərsə, bu tipli heykəl və şəkillər dərs zamanı şagirdlərə nümayiş etdirilə bilər.

Məktəb direktoru isə öz növbəsində bildirir ki, qeyd olunan heykəl və tablolar  əvvəlki illərdə də dərs zamanı nümayiş etdirilib və valideynlər tərəfindən heç bir narazılıq qeydə alınmayıb.

Görünən odur ki, Amerika Birləşmiş ştatlarında gənc nəslin tərbiyəsi ilə bundan sonra daha ciddi şəkildə məşğul olmağı qərara alıblar.