Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 09:43:00
Çəkdiyi şəkilə görə atasını həbs etdilər, özünü uşaq evinə göndərdilər

Rusiyanın Tula şəhərində yaşayan 13 yaşlı Maşa Moskaleva məktəbdə “Yaşasın Ukrayna!” və “ Müharibəyə son!” şüarları yazılmış şəkil çəkib. Məktəb rəhbərliyi bu barədə polisi məlmatlandırıb. Maşanın atasını Rusiya ordusunu ləkələmək maddəsi ilə həbsxanaya atıblar, özü isə hazırda uşaq evində nəzarət altında saxlanılıər.

AzEdu.az xəbər verir ki, bu hadisə Rusiya-Ukrayna münaqişəsinin yeniyətmələrin həyatında oynadığı acı gerçəkliyi əks etdirən kiçik bir nümunədir. Bir ildən artıq davam edən münaqişənin nə vaxt bitəcəyi barədə hələ heç kim proqnoz verə bilmir. Vuruşan tərəflər isə öz qüvvələrini daha da artıraraq getdikcə geri dönməyin mümkün olmayacağı vəziyyətə yaxınlaşırlar. Gənc nəslin yaddaşına heç zaman silinməyəcək izlər həkk olunur.

Maşa Rusiyanın çoxsaylı regionlarından birində yaşayan, müharibəni televiziyada görüb, valideynlərindən eşidən bir məktəblidir.

Amma buna baxmayaraq artıq bu yeniyetmə qızın qəlbində bu müharibəyə qarşı kin və nifrət yaranmağa imkan tapıb. Çünki o, Ukraynadan olan yüz minlərlə həmyaşıdının Avropa küçələrində təhsil almaq üçün sərgərdən gəzdiyindən xəbərdardır. Buna görə də o, müharibənin qarşısını almaq üçün əlindən gələn kiçik bir işi görməyə çalışır. Çəkdiyi rəsm vasitəsi ilə müharibəyə qarşı dayanır. Amma nə yazıq ki, Maşanın bu cəhdi onun atasının həbs olunması, özünün isə nəzarət altına salınması ilə nəticələnib.