Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-20 10:19:06
Vətən müharibəsi qazisi direktor təyin olunub

Vətən müharibəsi qazisi Ceyhun Qürbət oğlu Qurbanov Lənkəran - Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsinin müsabiqə və müsahibə mərhələsində uğur qazanıb. 

AzEdu.az xəbər verir ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ceyhun Qurbanov Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor təyin olunub.

Masallı rayonu Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi işləyən CşQurbanov Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad olunması zamanı kəşfiyyat tağım komandiri kimi bir çox mühüm tapşırıqları layiqincə yerinə yetirib. 

Qubadlı rayonu uğrunda gedən son döyüşlərdə yaralanıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Cəsur döyüşçü", "Cəbrayıl rayonunun azad olunması uğrunda", "Qubadlı rayonunun azad olunması uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.