Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 15:41:19
Pilot məktəblərin direktor müavinlərinə təlim keçilir

Sözügedən təlimlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi” fəaliyyət istiqamətinə əsaslanır və “Regionlarda müasir metodik xidmətin təşkili” layihəsi üzrə müəyyənləşdirilmiş 66 pilot məktəbin direktor müavinləri üçün keçirilir.

 

AzEdu.az xəbər verir ki, 11-12 mart tarixlərində təşkil edilən təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrinin idarə heyətinin metodik xidmət göstərmək üçün səriştəliliyinin artırılmasıdır.

 

Layihəyə cəlb edilmiş direktor müavinlərinə “Diferensial yanaşma” və “Məktəbdə sənədləşmə işinin təşkili” mövzularına dair təlimlər keçirilib və onlarla birgə şagird nailiyyətlərinin yüksəldilməsində diferensial təlimin rolu, tapşırıqların hazırlanması, sənədlərin tərtibatına verilən tələblər barədə müzakirələr aparılıb.

 

Eyni zamanda, iştirakçılar real dərsin planlaşdırılmasında differensial təlim elementlərinin tətbiqi və təlim prosesinin effektiv təşkili ilə bağlı praktik məşğələlərdə iştirak ediblər.

 

Qeyd edək ki, sözügedən məktəblərdə monitorinqlərin aparılması və prosesə cəlb olunan əməkdaşların adıçəkilən mövzular üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlərin mütəmadi şəkildə və hibrid formada təşkili nəzərdə tutulur.