Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 09:07:39
Pullu təhsilin ləğvi təklif olunur

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti Rusiya təhsil sistemində canlanma yaradıb. Məlum olduğu kimi, Rusiya-Ukrayna münaqişəsi başlayan kimi, Bolonya təhsil sistemi Rusiya ali məktəblərinin bu qurumda fəaliyyətini dayandırdı. Yəni Rusiya universitetlərinin beynəlxalq təhsil sisteminə inteqrasiya prosesinə son qoyuldu.

AzEdu.az xəbər verir ki, təxminən bir il idi ki, Rusiyada təhsilin bundan sonra hansı formada aparılacağı barədə müzakirələr gedirdi. Prezidentin bu məsələ ilə bağlı bəyanatının olmaması da vəziyyəti qeyri-müəyyən hala gətirmişdi. Nəhayət Vladimir Putin Federal Məclisə müraciəti zamanı Rusiya təhsil sisteminin bundan sonrakı inkişaf zəminləri barədə dəqiq “yol xəritəsi”ni müəyyən etdi. Əsas istiqamət Sovet təhsil sisteminə qayıdış və hələ dağıdılmayan sistemin yenidən bərpası kimi müəyyən olundu.

Məlum olduğu kimi, Sovet təhsil sisteminin əsas özəlliyi onun pulsuz olması idi. Rusiya təhsil sisteminin də bundan sonra pulsuz olması barədə artıq təkliflər hazırlanır. Bu barədə “Ədalətli Rusiya” Partiyasının sədri Sergey Mironov məlumat verib. Onun dediyinə görə, Dövlət Dumasına tədricən pulsuz təhsil sisteminə keçməklə bağlı təkliflər təqdim olunub. Bu təkliflər ictimaiyyət və onu təmsil edən deputatalar tərəfindən razılıqla qarşılanır və təkliflərin ən yaxın zamanlarda qanuna çevriləcəyinə heç kim şübhə etmir. Ənənəvi Sovet təhsil sisteminə qayıdış da asan olmayacaq. Çünkü Rusiyanın bugünkü ağır iqtisadi vəziyyəti təhsilə ayrılacaq vəsaitə davam gətirəcəkmi? Hər halda bu barədə qanunvericilər dərindən düşünməlidir. Qanunun qəbul olunması ilə universitet və kolleclərin tamamilə pulsuz olacağı proqnozlaşdırılır.