![](https://azedu.az/uploads/news/2018/03/Handler.jpg)
Yevlaxda baş verən qəzadan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 şagirddən biri dünən axşam saatlarında evə buraxılıb.
Xəstəxanasının baş həkimi İlham Mailoğlu AzEdu.az-a açıqlamasında bildirib ki, ağır kəllə-beyin travması alan məktəb işçisi Respublika Neyrocərrahiyyə Klinikasında müalicəsini davam etdirir.
Məlumata görə, hazırda orada 3 xəstə müalicə olunur və onların vəziyyətləri stabildir.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim cərrahı Zeynalov Azər saytımıza bildirib ki, hazırda xəstənin vəziyyəti ağır-stabildir:
“1992-ci il təvəllüdlü Əntiqə Qoşqarlı travma mənşəli beyindaxili qansızma diaqnozu ilə əməliyyata götürülüb. Əməliyyat uğurla nəticələnib, xəstəmiz hazırda reanimasiyadadır. Beyin əməliyyatı olunduğu üçün palataya köçürülməsi haqda bir məlumat verə bilmərəm. Bu elə əməliyyatdır ki, beynin nə vaxt ayılmasına vaxt demək olmur”.
Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanında iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Yaralıların bir qismi həmin gün Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nəzrin CAVİD
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)