Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 18:00:00
UNEC-də ümummilli liderə həsr olunan Elm festivalı keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Elm festivalı təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, elm festivalının rəsmi açılış mərasimi 01.03.2023-ci il tarixində, saat 10:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.

 

1-27 mart tarixinədək davam edəcək Elm festivalında plenar iclas, panel müzakirələr, dəyirmi masalar, elmi seminarlar, açıq-elmi populyar mühazirələr, debat, kitab sərgisi və yarmarkası və s. proqramların təşkili nəzərdə tutulub.

 

UNEC-in professor-müəllim heyətini və tələbələri 1 ay boyunca keçiriləcək Elm festivalında iştirak etməyə dəvət edirik.