Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 17:46:00
DAAD Tbilisi Regional Ofisinin rəhbəri AzTU-nun qonağı olub

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Rektor Vilayət Vəliyevlə görüşən Gebhard Reul DAAD ilə AzTU-nun mövcud əməkdaşlığından və bu əlaqələrin genişləndirilməsindən danışıb.   

 

 

AzEdu.az xəbər verir ki, AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonağa məlumat verən rektor bu fakültənin fəaliyyəti çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.

 

 

Tələbə və müəllimlərin alman dili biliklərinin artırılması üçün 2022-ci ilin payız semestrindən AzTU-da fəaliyyət göstərən DAAD-nin alman dili müəlliminin bu baxımdan əhəmiyyətini vurğulayan Vilayət Vəliyev elektroenergetika, bərpa olunan enerji texnologiyaları, metallurgiya, kibertəhlükəsizlik, süni intellekt və informasiya texnologiyaları sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. Həmçinin bu istiqamətdə DAAD-nin mövcud proqramlarına müraciət ediləcəyini bildirib.

 

 

Vilayət Vəliyev Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) ilə magistatura və doktorantura səviyyələrində imzalanan ikili diplom müqavilələrindən də bəhs edib və bu əməkdaşlığın həyata keçirilməsində DAAD-nin dəstəyini xüsusi vurğularaq təşəkkürünü bildirib.    

 

 

Daha sonra Gebhard Reul DAAD-nin magistratura proqramına müraciət edən namizədlərin müsahibə mərhələsinin mart ayında AzTU-da keçirilməsi üçün yaradılacaq şəraitlə tanış olub və dəstək üçün təşəkkürünü bildirib.