Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 17:12:00
“Heydər Əliyev və Azərbaycan təbiəti” – Bölgə məktəbində maraqlı görüş

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023 – cü il “Heydər Əliyev İli “elan olunub. Bununla əlaqədar 1 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsi bir sıra idarə və müəssisələrdə, ali, orta ixtisas və ümumtəhsil məktəblərində silsilə ekoloji tədbirlərin keçirilməsinə start verib.

 

26 yanvar 2023 – cü ildə  ilk olaraq  Astara şəhər M. Ə.Sabir adına 1 nömrəli tam orta məktəbində keçirilən “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda tədbir maraqla qarşılanıb.

 

 

Tədbirdə məktəbin direktoru tanınmış pedoqoq, qabaqcıl təhsil işçisi  Xədicə Əliyeva şagirdlərin  ekoloji tərbiyəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib və bu mühim tədbirlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də 1 saylı RETSİ – nin rəhbərliyinə minnətdarlığını bildirib. Eyni zamanda məktəbin direktoru ulu öndərin Azərbaycan  təbiətinə münasibəti və qayğısı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb  dedi:

 

- Heydər Əliyev xalqımızın dünyaya bəxş etdiri ən böyük dahilərdən  biri idi. O, bütün sahələrə olduğu kimi ölkə təbiətinin zənginləşməsinə və əmanət kimi nəsillərə ötürülməsinə xüsusi önəm verirdi. Elə buna görə də bugünkü tədbirin şagirdlərin ekoloji tərbiyyəsində və onlara Ulu Öndərin təbiət sevgisinin aşılanmasında mühim əhəmiyyəti vardır.

 

1 saylı RETSİ – nin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Bəxtiyar Hüseynov  “Heydər Əliyev və Azərbaycan Təbiəti” mövzusunda geniş məruzə ilə çıxış etdi. Yazıçı ekoloq bildirdi ki, unikal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik fəaliyyəti, gördüyü  işlər Vətən tarixinin ən parlaq səhifələrindən biridir. Çünki müstəqil Azərbaycanın yaradılması və bütün dünyaya tanıtdırılması onun ölkə, xalq qarşısında tarixi xidməti idi. Elə buna görə də dövlət başçısının 2023 – cü ili “Heydər Əliyev İli” elan etməsi hamımızın ürəyindəndir. İstər Azərbaycanda, istərsə də dünyanın  super ölkəsi olan SSRİ – nin rəhbərlərindən biri olanda ürəyində öncə Azərbaycanda sevgisi vardı. Təsadüfü deyildi ki, Ulu Öndər  öz milli məsubiyyəti ilə qürur duyur, Azərbaycanlı olması ilə fəxr edirdi.       

 

Heydər Əliyev müstəqil Azərbaycanın gücünü, qüdrətini, elmin, təhsilin, kənd təsərrüfatının, sənayenin coşqun inkişafında görürdü. Ölkə təbiətinin mühafizəsinə və zənginləşməsinə qayğı onun titanik fəaliyyətində xüsusi yer tuturdu.

O deyirdi: “Ağacın bir  budağını kəsən  elə bilirəm ki, mənim barmaqlarımı kəsir”. Bu sözlər bütün varlığı ilə öz xalqına bağlanan, onun sevinci, kədəri problemlər ilə, yaşayan və daim Azərbaycanla  döyünən bir ürəkdən gəlirdi. Elə bir ürək  ki,  bu sevgini son nəfəsə qədər daşıdı. İndi Ulu Öndər həyatda yoxsa da ölməz ideyaları yaratdığı sarsılmaz təməl bünövrə durur. Məhz bu möhkəm təməl üzərində möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan bərqərar olub.

 

Bəxtiyar  Hüseynov həmçinin belə tədbirlər üçün şərait yaratdıqlarına görə Elm və Təhsil Nazirliyinə və Regional Təhsil İdarəsində minnətdarlıq etdi.

 

Tədbir iştirakçıları məktəbdə yaradılan ekoloji guşə ilə tanış oldular.Şagirdlərdən IXa sinif şagirdi Cəfərova Ləman, IXa sinif şagirdi Hüseynzadə Gülnur, XIa sinif şagirdi Həmidzadə Zəhra, Xa humanitar və riyaziyyat  iqtisadaiyyat  təmayüliü sinifin şagirdi Həsənli Leylanın ifasında Heydər Əliyevlə bərabər ekoloji mövzuda şeirlər, Ulu Öndərlə bağlı maraqlı faktlar, sujetlər səsləndi, şagirdləri  maraqlandıran suallar cavablandırıldı.

 

Sonra şagirdlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitə dair qısa məlumat toplusu olan ekoloji icmallar paylandı.

Sonda Bəxtivər Hüseynov “ Azərbaycan təbiəti:dünən,bu gün,sabah” ,“Qarabağ təbiəti və ekologiyası” adlı kitablarını  məktəbin kitabxanasına hədiyyə etdi.