Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 14:35:00
İmtahanlarda qaralama üsulu əvəzlənəcək?-RƏSMİ CAVAB

 

 

 

Dövlət İmtahan Mərkəzi imtahanlarda cavabları qaralama üsulu ilə qeyd etməklə bağlı şikayətlərə aydınlıq gətirib.

 

 Azedu.az xəbər verir ki, DİM bu prosesin bütün dünyada kağız daşıyıcılar vasitəsilə həyata keçirildiyini vurğulayıb

 

“Bu qayda ən optimalıdır və bütün dünyada kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanlarında istifadə olunur. Minimal diqqət yetirməklə təlimata uyğun şəkildə dairəni qaralamaq mümkündür”.

 

 

Bundan əlavə, imtahan iştirakçılarının düzgün hesab etdikləri cavabı qeyd edən zaman karandaşdan da istifadə edə biləcəklərini vurğulayıb.

 

 Vaxt məsələsinə gəldikdə isə imtahan müddətinin 3 saat olmasını müsabiqə şərtlərindən biri kimi qəbul etmək lazımdır və cavab kartının doldurulması bu vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün qeyd olunanlar əvvəlcədən elan olunur və imtahan iştirakçılarının təlimatında göstərilir.