Azedu.az

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından keçənlərə şəhadətnamə verilir

Dövlət İmtahan Mərkəzi

4 Sentyabr 2026, 17:39
Xarici dil üzrə fəlsəfə doktoru imtahanından keçənlərə şəhadətnamə verilir

Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə  fəlsəfə doktoru imtahanından uğur qazanaraq şəhadətnamə əldə etmiş şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected]  elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

TƏCİLİ! Nəcməddin Sadıkova görə polkovnikə c*inayət işi açıldı
Son xəbərlərDaha çox