https://modern.az/ #
2023-01-23 12:44:00
Deputatdan 65 yaşlı müəllimlərin işdən çıxarılmasına etiraz - “O təqaüdlə necə yaşasın?”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı dövlət qurumlarında işçilərin ixtisarından söz açıb.

 

AzEdu.az oxu.az-a istinadən xxəbər verir ki, deputat qeyd edib ki, dövlət qurumlarındakı bəzi ixtisarlar süni şəkildə baş verir.

 

 “Bir də görürsən ki, fəxri fərman və ya təşəkkürnamə ilə təltif edilən şəxs bir aydan sonra ixtisara düşür. O, yeni rəhbər gəlib deyə ixtisara düşür”, - deyə o əlavə edib.

 

Məlahət İbrahimqızı 65 yaşı olan müəllimlərin və həkimlərin avtomatik işdən çıxarılmasına da etiraz edib.

 

“Avropa təcrübəsində həkimləri 70 yaşa qədər işdə saxlayırlar. Bizdə 65 yaşı tamam olanı işdən çıxarırlar. Yaxşı, həkim 65 yaşdan sonra harada işləsin? O, aldığı 320 manat pensiya ilə necə yaşasın? Yaxşı olar ki, pensiyaya çıxan müəllimlər və tibb işçiləri ehtiyac olan bölgələrdə işlə təmin olunsunlar”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK