Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 15:48:00
Xarici ölkədə dil öyrənmək istətəyənlərin nəzərinə-Bunları EDİN

Hazırkı dövrdə  gənclərin  əksəriyyəti  müxtəlif  dillər  öyrənmək, təhsil  almaq  üçün  xarici  ölkələrə  üz  tutur.

 

Bir  dili  daha  yaxşı  öyrənmək  üçün  ən  əlverişli  üsul  ünsiyyətdir. Bu  səbəblə  gənclərin  əksəriyyəti  xarici  dili  o  dilin  öz  vətənində  öyrənməyə  üstünlük  verir.

 

AzEdu.az  xarici  ölkələrdə  dil  üzrə  təhsil  almaq  istəyən  gənclər  üçün  faydaları  olacaq  tövsiyə və məlumatları  təqdim  edir.

 

1.İlk olaraq Dil Məktəbi qurumları araşdırın, hansı qurum sizə yardım edə bilər?

 

Dil məktəbi qurumları, proqramda iştirak müddətində  əməkdaşlıq  etdikləri universitetlərlə sizin aranızda bir körpü rolunu oynayırlar.Eyni  zamanda  hansı  addımı  atmalı  olduğunuzla  bağlı sizə  köməklik  göstərirlər.  Doğru dil məktəbini seçmək qeydiyyat prosesinin müntəzəm və sağlam inkişafı, tədris prosesinizin rahat keçməsi üçün vacibdir. Proqramda  iştirak  edən  tələbələrin, təhsil  göstəriciləri, tədrisdə nə qədər məhsuldar olmaları,təhsil  müddətində  yaranan  problemlərin  minimum  olması kimi  məsələlər  onları  dəyərləndirən  şirkətlər tərəfindən diqqətlə incələnir. Dil məktəbi şirkətlərini araşdırarkən nəzərə almalı olduğunuz əsas meyarlar  dürüstlük  və  düzgün  qeydiyyat prosesi olmalıdır.

 

2.Dil təhsilinizi hansı ölkədə almaq istəyirsiniz? Bir xəritə üzərində getmək istədiyiniz ölkəni araşdıraraq qərar verin

 

 Öyrənmək istədiyimiz dili müəyyənləşdirdikdən sonra, dil məktəbi üçün hansı öləkədə, hansı qurumlara müraciət edə biləcəyinizə qərar verin.  Dil məktəbinə müraciət meyarları, ölkənin yeri, iqlim şəraiti, yaşayış şəraiti və təhsil keyfiyyəti necədir? kimi əsas sualları müəyyənləşdirərək araşdırma apara bilərsiniz.  Sonra araşdırma apardığınız Dil Məktəbi qurumu ilə danışıb və proqram haqqında tam məlumat əldə etməlisiniz. 

 

3.Dil təhsili almaq üçün bütün tələbləri yerinə yetirdiyinizə əmin olun

 

 Dil məktəbinə gedərkən bəzi mərhələlərdən keçirsiniz və bu mərhələlərdə tələb olunan standartlara cavab verməlisiniz. Dil öyrənmək  üçün  təhsilinizi alacağınız  məktəb  sizə yad bir ölkədə  yerləşdiyi  üçün, məktəb  və  yaşayış  xərcləri  çox  ola  bilər. Hər şeydən əvvəl büdcə ilə bağlı problemimizin olmaması, prosesin və viza mərhələsinin sağlam irəliləməsi ilk şərtlərdən biridir.

 

4.Dil məktəbinə getməkdə məqsədiniz nədir?

 

 Dil məktəbinə gedən şagirdlərin əsas məqsədi həmişə dili öyrənmək olmalıdır. Başqa bir ölkəyə gedirsiniz və yaşayış şərtləri ilə ayaqlaşmalısınız.  Sizə verilən müddətdən yaxşı istifadə edərək, dərslərə davamlı qatılaraq və sosiallaşaraq aldığınız təlimin təsirlərini maksimum dərəcədə artıra bilərsiniz.  Buna görə getmədən əvvəl hədəflərinizi təyin etməlisiniz.

 

5.Təhsili hansı məktəbdə alacaqsınızsa, onu araşdırın

 

 Son olaraq, dil öyrənəcəyiniz məktəbi araşdırın. Həmin məktəbin təhsil sistemini öyrənin. Məktəbinizin ətrafında nə kimi fəaliyyətlərlə məşğul ola bilərsinizsə onu müəyyənləşdirin. Kiçik miqyaslı araşdırma edərək gedəcəyiniz mühitə daha tez uyğunlaşa bilərsiniz.  Məktəb ətrafında nələr edə biləcəyiniz barədə aparacağınız  araşdırma, dostlarınızla əyləncəli fəaliyyət göstərməyiniz üçün bir fikir yaradacaqdır.