Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 10:48:00
Valideynlər bağçalara qeydiyyat zamanı ən çox bunlarda səhv edirlər- Qızıl tövsiyələr

 

 

“Bağçaya qəbul üçün formalaşdırılan sistem insanların rahatlığı üçündür. Bundan əvvəlki  illərdə qeydiyyat prosesi ilə bağlı yaranan lüzumsuz söhbətlərin aradan qaldırılması məqsədilə  yaradılıb”.

 

Bu sözləri  AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil müəssisəsinin rəhbəri  Azadə Əhmədova deyib:

 

Ekspert bağçaya qəbul prosesindəki problemlərin səbəblərinə aydınlıq gətirib:

 

"Elektron sistem yenidir. Uşaqlar qəbul prosesində boş yerlər olan zaman ira yerləşdirilirlər. Ancaq hazırda şikayət edən valideynlər növbədə gözləyənlərdir.

Növbədə gözləyənlərin vəziyyəti də bizdən asılı deyil. Kiminsə bağçadan çıxışını istədiyi zaman və yaxud 2 ay boyunca bağçaya gəlmədiyi üçün ərizəsini aldığımız uşağın yerinə başqa biri yerləşdirilir. Bu hal isə nadir hallarda olur. Kütləvi çıxış halları isə avqust, sentyabr aylarında müşahidə olunur. Uşaqlar məktəbə qəbul üçün müraciət edirlər. Bu zaman çox sayda yer boşalır".

 

 

A.Əhmədova valideynlərin şikayət etdiyi mövzulara toxunub. Ekspertin fikrincə onların yay müddətində qeydiyyatdan keçməsi daha məqsədəuyğundur:

                                                                     

"Valideynlər daha çox aylardır gözlədiyi halda qeydiyyata düşə bilməmələri ilə əlaqəli şikayət edirlər. Onlar qəbul olmaq üçün daha əvvəl müraciət etməlidir.  Yay müddətində qeydiyyatdan keçməsi daha məqsədəuyğundur.

 

Bəzən isə valideynin müraciəti qəbul olunur, ancaq daha sonra onunla əlaqə yaratmaq olmur. Müraciətin qəbul olunmağı ilə bağlı təsdiq mesajını görmürlər. Uzun müddət valideynlə əlaqə qurula bilməməsi səbəbilə onun  qeydiyyatı avtomatik olaraq ləğv olunur".

 

Məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin sözlərinə görə bağçalara elektron qeydiyyat zamanı heç bir qanun pozuntusu ola bilməz.

 

"Artıq elektron sistemdən istifadə olunur. Qəbul prosesində heç bir insan faktoru yoxdur. Bütövlükdə elektron şəkildə həyata keçirilir. Uşağın və valideynin şəxsiyyətini təsdiq edən sənədlər vasitəsilə, qrupların və sektorun seçilməsi ilə asanlıqla qeydiyyatdan keçə bilərlər. Burda heç bir qanun pozuntusu ola bilməz. Bağçaya qəbul üçün yaradılan sistem insanların rahatlığı üçündür. Bundan əvvəlki  illərdə qeydiyyat prosesi ilə bağlı yaranan lüzumsuz söhbətlərin aradan qaldırılması üçün yaradılıb. Sistem yenidir, valideynlər  çətinlik çəkirlər. Ancaq sonrakı illərdə bu problemlərin bir çoxu həll olacaq. Qeydiyyat prosesinin daha asan və əlçatan olması üçün çalışırıq".