Azedu.az

 NASA-nın Azərbaycanda 5-ci müşahidə nöqtəsi - BDU 

6 Oktyabr 2022, 17:14
 NASA-nın Azərbaycanda 5-ci müşahidə nöqtəsi - BDU 

Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) təşkil olunmuş Yupiter və Saturn planetlərinin müşahidə gecəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla BDU NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Hazırda NASA-nın dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur, onlardan 5-i Azərbaycanda yerləşir. Müşahidə nöqtələri haqqında daha ətraflı məlumatı linkdə yerləşən xəritədən əldə etmək olar.

 

Oktyabrın 1-dən etibarən NASA tərəfindən keçirilən bütün müşahidə tədbirlərinin BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunması nəzərdə tutulub. Bu tədbirlərə Beynəlxalq Ayın Müşahidə Gecəsi, Günəş tutulması və s. daxildir.

 

 

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox