Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 13:39:00
İxtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir  

ARTİ MDPİM tərəfindən “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” üzrə ixtisasartırma proqramı çərçivəsində keçirilən təlimçi hazırlığı təlimləri davam edir. 

 

AzEdu.az xəbər verir ki, təlimlərin keçirilməsində əsas məqsəd gələcəkdə ixtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi və müvafiq istiqamətdə səriştələrinin inkişaf etdirilməsidir. 

 

Növbəti təlimlər 24, 25 sentyabr və 1, 2 oktyabr tarixlərində baş tutub. Təlim prosesində müəllimlər oxuyub-anlama prosesinin təşkili, meyarların tərtibi qaydaları və qiymətləndirmə vasitələrinin hazırlanması ilə bağlı bilik və bacarıqlarını artırıblar.

 

Eyni zamanda iştirakçılar müxtəlif praktik məşğələlər vasitəsilə oxuyub-anlama prosesinin təşkili, səmərəli oxu üsulları, davamsız mətnlər üzrə işin təşkili metodikası, beynəlxalq qiymətləndirmə tədqiqatlarında oxunun qiymətləndirilməsi meyarları ilə bağlı biliklər əldə edib, yeni üsullarla tapşırıqlar hazırlamağın yollarını öyrənmək imkanı qazanıblar.

 

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların fənlərin tədrisi metodikası, ümumi metodika və pedaqogika ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində onlar üçün mütəmadi olaraq MDPİM tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur.