Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-01 10:00:00
Təhsil İnstitutunda doktorantura təhsili almaq istəyən iddiaçıların sayı artıb

Son 3 ildə Təhsil İnstitutuna doktorantura və dissertanturada təhsil almaq üçün müraciət edən iddiaçıların sayında artım müşahidə olunur.
Bu barədə Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, 2020-2022-ci illər ərzində ölkədə pandemiya səbəbindən elan olunmuş karantin rejiminə baxmayaraq, iddiaçıların institutda təhsil almaq istəyi yüksəkdir. Bunun da əsas səbəbi institutun və bu il 90 illik yubileyini qeyd edən Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin plana və məqsədəuyğun şəkildə apardığı təbliğat, həmçinin elmi kadrların yüksək səviyyədə hazırlanması üçün rəhbərlik tərəfindən yaradılmış şəraitdir.
Son 3 ilin statistikasının təhlili göstərir ki, 2020-ci ildə plan yerləri 80 faiz dolmuşdusa, 2022-ci ildə bu göstərici 90 faiz olub.