Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-30 16:17:00
AMEA-nın yeni strukturu təsdiqləndi-Ciddi yeniliklər  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu təsdiq edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

NK-nın qərarı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

 

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək.

 

Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.