Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 10:11:00
UNEC-də eyni vaxtda 3 beynəlxalq konfrans keçiriləcək-Rektor AÇIQLADI

 

UNEC-də eyni zamanda 3 beynəlxalq konfrans keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı universitetin rektoru, professor Ədalət Muradov paylaşım edib:

 

“UNEC-də 25-30 oktyabr tarixlərində Sakarya Universitetilə birlikdə eyni vaxtda 3 fərqli - Təbiət elmləri və Mühəndislikdə ixtiralar üzrə 4-cü, Kimyəvi elmlər və texnologiyalar üzrə 6-cı, Humik turşular üzrə 5-ci Türk Dünyası Beynəlxalq Konfransları keçiriləcək.

 

Konfranslara dünyanın 50-dən çox ölkəsindən mütəxəssislər qatılacaq. Əsas məqsəd dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələri inkişaf etdirmək, yeni yaradılan yerli məhsulların rəqabət qabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılması yollarının müzakirəsindən ibarətdir.

 

Təşkilat Komitəsinin həmsədri professor Ahmet Tutarla (Sakariya Universiteti) və Elm və Texnoloji Araşdırmalar Mərkəzinin (İstinye Universiteti) rəhbəri Omar Farukla hazırlıq işlərini müzakirə etdik.

Uğurlar!

Hər şey daha da yaxşı olacaq!”