Azedu.az

54 bal toplayan Tarix müəllimi: “Bu proses bizim üçün vacibdir"

Sertifikasiya

24 İyun 2026, 11:07
54 bal toplayan Tarix müəllimi: “Bu proses bizim üçün vacibdir"

"Suallar asan və orta səviyyəli idi”.

Bakı şəhəri 239 nömrəli tam orta məktəbin tarix müəllimi Günay Qurbanova sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

O bildirib ki, imtahanda 54 bal toplayıb və sualların əksəriyyəti asan və orta səviyyəli olub:

“Suallar asan və orta səviyyəli idi. Heç bir çətinliklə qarşılaşmadım. Texniki problemlər də olmadı”.

G.Qurbanova sertifikasiya prosesinin müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb:

“İnanıram ki, bu sertifikasiya imtahanı müəllimlərin bacarıqlarının və savadının üzə çıxarılması üçün vacib bir prosesdir”.

Müəllim imtahana müstəqil şəkildə hazırlaşdığını qeyd edib. Onun sözlərinə görə, hazırlıq prosesində əsasən test tapşırıqları üzərində çalışıb:

“İmtahana özüm hazırlaşmışam. Daha çox testlər işləyirdim. Bunun nəticəsində sualları daha praktik şəkildə həll edə bildim”.

Sonda o, sertifikasiya imtahanında iştirak edən bütün müəllimlərə uğurlar arzulayıb.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox