Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 10:00:00
LDU-da elmi şura keçirilib 

Lənkəran Dövlət Universitetində (LDU)Elmi şuranın növbəti iclası keçirilib. İclası şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

 

AzEdu.az xəbər verir ki, elmi şurada müzakirəyə çıxarılan ilk məsələ Təbriz Universitetinin professoru Cəlil Manafiana Lənkəran Dövlət Universitetinin “Fəxri professor” diplomunun təqdim edilməsi olub.Təbrizli alim barədə Azərbaycan Universitetinin prorektoru, professor Yusif Qasımov geniş danışıb. Bildirib ki, Cəlil Manafian təkcə Cənubi Azərbaycanda deyil, dünyada tanınan istedadlı riyaziyyatçı, məhsuldar alimdir. Dünyanın reytinqli jurnallarında yüzlərlə elmi məqaləsi dərc edilib və riyaziyyatçılar tərəfindən maraqla qarşılanıb.Yusif Qasımov Cəlil Manafianın fəxri ada layiq olduğunu deyərək onu təbrik edib.

 

Təbriz Universitetinin professoru Cəlil Manafiana Lənkəran Dövlət Universitetinin “Fəxri professor”u diplomunu LDU-nun rektoru, riyaziyyatçı alim Natiq İbrahimov təqdim edib. Professor Natiq İbrahimov Cəlil Manafianın Lənkəran Dövlət Universiteti ilə son 2-3 il ərzində elmi əlaqələr qurduğunu, universitetin elmi jurnalında məqalələrlə çıxış etdiyini, gənc alimlərin yetişməsində maraqlı olduğunu deyib və ona kollektiv adından minnətdarlıq bildirib.Rektor LDU-nun yeni “Fəxri professor”unu Elmi şura üzvləri adından təbrik edərək diplomu, fəxri libası və xatirə hədiyyəsini oan təqdim edib.

 

Təqdimatdan sonra Təbriz Universitetinin professoru Cəlil Manafian göstərilən diqqətə görə universitet rəhbərliyinə və şura üzvlərinə minnətdarlıq bildirib, LDU ilə elmi əlaqələrini bundan sonra daha da yaxşılaşdıracağına söz verib.

 

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişi. Yekun Dövlət Attestasiyası haqqında LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərovun məlumatı dinlənilib.

 

Elmi şurada bir cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərarlar qəbul olunub.