Azedu.az

Ağalı kənd məktəbinə müəllimlər seçilib

20 İyun 2022, 16:01
Ağalı kənd məktəbinə müəllimlər seçilib

Zəngilan rayonunun Ağalı kənd orta məktəbi ehtiyac üzrə fənn müəllimləri ilə təmin ediləcək.

 

Bu barədə Təhsil Nazirliyindən  bildirilib.

 

Qeyd edilib ki, məktəbdə digər ümumi təhsil müəssisələrində tədris edilən, yəni plana uyğun fənlər tədris olunacaq. Həmçinin, Ağalı məktəbinin birinci sinfinə şagird qəbulu prosesi 14 sentyabr tarixinə kimi davam edəcək. 

 

Yeni tədris ili ərəfəsində şagirdlərin sayı barədə dəqiq məlumat veriləcək. 

 

Qeyd edək ki, Ağalı kənd orta məktəbində dərslər ilk dəfə bu ilin sentyabrın 15-də başlayacaq. 

 

 

Modern.az

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox