Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 11:10:00
Nazirdən  müəllimlərin sertifikasiya narazılığına cavab-Əlavə şanslar veriləcək 

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı bəzi təhsil işçilərinin narazılıqlarına münasibət bildirib.

 

AzEdu.az-ın  məlumatına görə, nazir deyib ki, bununla bağlı bütün detallar qaydalarda öz əksini tapıb.

 

O söyləyib ki, yaşından asılı olmayaraq məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir: "Hesab edirəm ki, bu imtahan əksər müəllimlər, eləcə də əməkdar müəllimlər üçün heç bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zaman ədalət prinsipini qorumuşuq.

 

Narazı müəllimlərə gəlincə, qeyd edim ki, sertifikasiya imtahanından bir dəfə kəsilən şəxslərə bir il ərzində növbəti şans veriləcək. Bu kifayət qədər ağlabatan və məntiqli yoldur. Bütün dünyada belə təcrübələr var".