Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 10:33:00
UNEC-də “BİR” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "BİR" Tələbə-Könüllü Proqramının nümayəndələrinin I və IV saylı tədris binalarında tələbələrlə görüşü baş tutub.

 

AzEdu.az xəbər verir ki, görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev iştirak ediblər. Tədbirdə tələbələrə təşkilatın yaranma tarixi, həyata keçirdiyi layihələr haqqında məlumat verilib, onları təsvir edən videoçarxlar nümayiş etdirilib.

 

Daha sonra "BİR" Tələbə-Könüllü Proqramının universitet üzrə koordinatorları - İqtisadiyyat Fakültəsinin 3-cü kurs tələbəsi Zəhra Kazımova və Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Əli Əliyev çıxış edərək, UNEC-də proqram çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat veriblər.

 

Sonda  tələbələr üçün bir sıra oyunlar təşkil edilib.