Azedu.az

Məktəblərdə süni intellekt istifadəsi qadağan edilir

Şagirdlər

25 İyun 2026, 15:48
Məktəblərdə süni intellekt istifadəsi qadağan edilir

Norveç təhsildə zəifləyən nəticələri yaxşılaşdırmaq və uşaqların əsas bacarıqlarını gücləndirmək məqsədilə ibtidai məktəblərdə süni intellekt vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər tətbiq edəcək.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, baş nazir Jonas Gahr Store bildirib ki, yeni qaydalar uşaqların oxuma, yazma və riyaziyyat kimi əsas bacarıqları möhkəm şəkildə mənimsəməsi üçün vacibdir.

Qaydalar avqustda başlayacaq yeni tədris ilindən qüvvəyə minəcək.

Yeni qərara əsasən, 6-13 yaş arası şagirdlər süni intellektdən istifadə edə bilməyəcək, 14-16 yaş qrupunda isə yalnız müəllim nəzarəti altında məhdud istifadə mümkün olacaq. 17-19 yaşlı şagirdlər üçün isə Sİ-dən düzgün istifadə bacarıqlarının öyrədilməsi planlaşdırılır.

Hökumət eyni zamanda məktəblərdə rəqəmsal texnologiyaların təsirini azaltmaq və ənənəvi tədrisə, xüsusilə kitablara daha çox yer vermək üçün yeni addımlar atmağı planlaşdırır.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox