Azedu.az

Qarabağ Universitetində tədbir: “Tələbə həyatının ritmi”

Ali təhsil

24 İyun 2026, 18:40
Qarabağ Universitetində tədbir: “Tələbə həyatının ritmi”

Tədris ilinin yekunlaşması münasibətilə Qarabağ Universitetinin tələbə yataqxanasında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir təşkil olunub.

Universitetdən AzEdu.az-a bildirikib ki, tədbir çərçivəsində müxtəlif interaktiv oyunlar və əyləncəli yarışlar keçirilib.

İncəsənət fakültəsinin musiqi ixtisası üzrə təhsil alan tələbələri tərəfindən musiqi ifaları təqdim olunub, Dizayn ixtisası tələbələrinin hazırladığı rəsm əsərləri isə sərgi formatında nümayiş etdirilib.

Eyni zamanda tələbələrin təşəbbüsü ilə yataqxana ərazisində quş yuvaları asılıb.

Rusiyada səfərbərlik başlayır! Azərbaycanlılara kritik xəbərdarlıq
Son xəbərlərDaha çox