Azedu.az

Daha bir fiziki tərbiyə müəllimindən sertifikasiyadan yüksək NƏTİCƏ

Sertifikasiya

25 İyun 2026, 12:24
Daha bir fiziki tərbiyə müəllimindən sertifikasiyadan yüksək NƏTİCƏ

99 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şamxal Əsgərov müəllimlərin sertifikatlaşdırılması prosesində 58 bal toplayıb.

AzEdu.az-a danışan müəllim bildirib ki, sertifikasiya imtahanı tam şəffaf şəkildə və proqram çərçivəsində təşkil olunub.

Onun sözlərinə görə, dərslərinə məsuliyyətlə yanaşan hər bir müəllim bu sualları rahatlıqla cavablandıra bilər.

“Sertifikasiya imtahanı tamamilə şəffaf və mövzu çərçivəsində keçdi. Hesab edirəm ki, dərslərinə hazırlaşan hər bir müəllim bu sualları çox rahat şəkildə yaza bilər. Bunun da nəticəsi olaraq imtahandan 58 bal topladım”.

Qeyd edək ki, Şamxal Əsgərov 2022-ci ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 64 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb.

Müəllim eyni zamanda 2007-ci ildən kikboksinq üzrə məşqçi-müəllim və aktiv idmançı kimi fəaliyyət göstərir. O, həmçinin Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır.

İmtahana hazırlıq prosesindən danışan Şamxal Əsgərov bildirib ki, yanvar ayından etibarən mütəmadi şəkildə hazırlaşıb:

"Hazırlıq məqsədilə yanvar ayından etibarən mövzular üzrə təkrarlar etdim. Həm metodika, həm də ixtisas sahəsində bilik və bacarıqlarımı yenidən nəzərdən keçirdim. Çox şükür ki, çəkdiyim əziyyətin bəhrəsini yüksək nəticə ilə gördüm.

Bir idmançı və qalib müəllim kimi şagirdlərimin qarşısına qayıtmaq mənim üçün qürurvericidir. Hər bir şagird öz müəllimini qarşısında bir güzgü kimi görür və ona bənzəməyə çalışır. Müəllim nə qədər peşəkar olarsa, şagird də ondan bir o qədər çox nümunə götürər.

Mən də vaxtilə öz müəllimlərimdən və məşqçilərimdən yüksək peşəkarlıq görmüşəm. Bu gün həmin təcrübəni şagirdlərimin və tələbələrimin üzərində tətbiq edirəm. Peşəkar müəllim olaraq gələcəkdə də onlara ən gözəl nümunə olmaq üçün əlimdən gələni edəcəyəm”.

TƏCİLİ! Rus ordusu dəhşətli itkilər verdi - Minlərlə ö*lü var
Son xəbərlərDaha çox