Azedu.az

Maksimum bal toplayan Nargilədən TÖVSİYƏ: "Özünüzü heç kimlə müqayisə etməyin"

İmtahanlar və qəbul məsələləri

25 İyun 2026, 09:15
Maksimum bal toplayan Nargilədən TÖVSİYƏ: "Özünüzü heç kimlə müqayisə etməyin"

7 iyun 2026-cı il tarixində keçirilmiş I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni)  üzrə qəbul imtahanının nəticələri elan olunub.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər əldə edib.

Onlardan biri də Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızıdır.

AzEdu.az bu münasibətlə Nargilə ilə həmsöhbət olub.

O qeyd edib ki, hazırlıq prosesində çətinlik çəkdiyi fənn olmayıb:

"Bu nəticəni gözləyirdim, lakin kodlaşdırmada səhv edərəm deyə bəzi tərəddüdlərim var idi. Hazırlıq prosesində öz üzərimdə çalışmaqla yanaşı, müəllimlərimin də böyük rolu olub. Fikrimcə, imtahan çətin deyildi, orta səviyyəli idi. İnformasiya təhlükəsizliyi üzrə təhsil almaq istəyirəm. Seçimimdə ilk Bakı Ali Neft Məktəbi olacaq. Hazırlıq prosesində çətinlik çəkdiyim fənn olmayıb, olsa belə, müəllimlərimin köməyi ilə bunu aradan qaldırmışam. Məncə də, buraxılış imtahanında Azərbaycan dili fənni ötən illərə nisbətən çətin idi. Daha doğrusu, vaxt aparan idi".

Abituriyentlərin edə biləcəkləri ən böyük səhv özlərini başqaları ilə müqayisə etmələri ola bilər:

"Fikrimcə, yüksək nəticə üçün sosial şəbəkələrdən uzaqlaşmaq lazım deyil, dərs ilə onun arasında balans qurmaq lazımdır. Bəli, mən də sosial şəbəkələrdən istifadə etmişəm. Abituriyentlərə tövsiyəm odur ki, öz üzərlərində çox çalışsınlar və heç vaxt ruhdan düşməsinlər. Məncə, hazırlıq prosesində edə biləcəkləri ən böyük səhv özlərini başqaları ilə müqayisə etmələri ola bilər".

Putin hərəkətə keçdi - Belarusda müharibəyə hazırlıq başladı
Son xəbərlərDaha çox