Azedu.az

Sertifikasiya: “İki sualda fikrimi dəyişməsəydim 60 bal toplayacaqdım”

Sertifikasiya

25 İyun 2026, 12:09
Sertifikasiya: “İki sualda fikrimi dəyişməsəydim 60 bal toplayacaqdım”

Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən 209 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Quliyev Natiq Rafiq oğlu müəllimlərin sertifikatlaşdırılması prosesində 58 bal toplayıb.

18 illik pedaqoji fəaliyyətə malik olan müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, imtahan öncəsi müəyyən həyəcan yaşasa da, bu hiss qısa müddətdə aradan qalxıb:

“18 ildən sonra yenidən imtahan vermək təbii ki, həyəcan yaradırdı. Amma ilk 3 sualı cavablandırandan sonra bütün həyəcanım keçdi. İmtahan gözlədiyimdən daha rahat və asan oldu.

Hər şey çox yaxşı təşkil olunmuşdu. Nəzarətçilər də öz vəzifələrinin öhdəsindən layiqincə gəlirdilər.

Suallar ümumilikdə orta səviyyədə idi. İlk suallar daha asan olsa da, sonlara doğru düşündürücü və nisbətən çətin suallar da var idi. Amma bilən insan üçün çətin heç nə yoxdur.

İxtisas hissəsində 50 sualdan 50-ni də düzgün yazdım. Kurikulum bölməsində isə 10 sualdan 8-i doğru oldu. Əslində səhv çıxan iki suala əvvəl düzgün cavab vermişdim, sonradan fikrimi dəyişdiyim üçün yanlış oldu. Yoxsa 60 bal toplamaq imkanım var idi.

Bir az yaşlı müəllimlər üçün bu proses böyük stressdir. Bu, mənim şəxsi fikrimdir. Amma gənc və orta yaşlı müəllimlər üçün sertifikasiya normal, hətta çox yaxşı bir prosesdir. Sadəcə yaşlı müəllimlərə görə narahat oldum”.

TƏCİLİ! Rus ordusu dəhşətli itkilər verdi - Minlərlə ö*lü var
Son xəbərlərDaha çox