Azedu.az

MİQ-də ən yüksək nəticə göstərən müəllimdən sertifikasiyada 54 BAL

Sertifikasiya

25 İyun 2026, 10:57
MİQ-də ən yüksək nəticə göstərən müəllimdən sertifikasiyada 54 BAL

Bakı şəhəri Nərimanov rayonu 276 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Talıbov İbrahim İlham oğlu müəllimlərin sertifikatlaşdırılması prosesində 54 bal toplayıb.

AzEdu.az-a danışan müəllim bildirib ki, imtahan prosesi ümumilikdə 34 dəqiqə davam edib.

O, sualları təxminən 20 dəqiqə ərzində cavablandırıb, qalan 14 dəqiqəni isə sualları yenidən nəzərdən keçirməyə sərf edib.

İbrahim Talıbov sertifikasiya imtahanına 3 ay hazırlaşdığını qeyd edib. O bildirib ki, əsasən müstəqil şəkildə hazırlaşsa da, təlimçi Murad Məmmədovun dəstəyindən yararlanıb. Müəllimin sözlərinə görə, yanvar ayında hərbi xidmətdən qayıtdığı üçün hazırlıq müddəti məhdud olsa da, buna baxmayaraq yüksək nəticə əldə etməyə nail olub.

Sualların çətinlik səviyyəsinə münasibət bildirən fiziki tərbiyə müəllimi metodika blokunda 2-3 sualın nisbətən çətin olduğunu, qalanlarının isə orta səviyyədə tərtib edildiyini deyib. O, ixtisas suallarını da orta səviyyəli qiymətləndirərək bildirib ki, suallar əsasən gündəlik tədris prosesində istifadə olunan mövzuları əhatə edib.

İbrahim Talıbovun sözlərinə görə, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanının çətinlik səviyyəsi sertifikasiya imtahanı ilə müqayisədə daha yüksəkdir.

Qeyd edək ki, İbrahim Talıbov pedaqoji fəaliyyətinin dördüncü ilini yaşayır. O, 2022-ci ildə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanında respublika üzrə ən yüksək nəticə göstərərək birinci olub.

Sertifikatlaşdırmanın əməkhaqqına təsiri ilə bağlı fikirlərini bölüşən müəllim bildirib ki, onun üçün əsas məqsəd yüksək nəticə göstərmək olub:

“Maliyyə elə bir şeydir ki, indiki dövrdə hər bir insanın buna ehtiyacı var. Amma ümumilikdə bu haqda o qədər də fikirləşməmişəm. Əsas məqsədim imtahandan keçmək və yaxşı nəticə toplamaq idi”.

TƏCİLİ! Rus ordusu dəhşətli itkilər verdi - Minlərlə ö*lü var
Son xəbərlərDaha çox