Bu gün müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanlarının sonuncu günü keçirilir.
AzEdu.az-ın məlumatına görə, 166 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Ülvi Qurbanov sertifikasiyadan 50 dəqiqə ərzində 55 bal toplayıb.
Qeyd edək ki, o, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib və göstərdiyi xidmətlərə görə xüsusi təşəkkürnamə və xasiyyətnamə ilə təltif olunub.
Sərbəst güləş üzrə Avropa çempionu olan Ülvi Qurbanov müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2019-2020-ci illərdə 184 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başlayıb.
Hazırda isə 166 nömrəli məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi çalışır.
Xatırladaq ki, Ülvi Qurbanov müəllimlərin işə qəbulu (MİQ) imtahanından da 54 bal toplayaraq yüksək nəticə əldə etmişdi.