Rusiya - Ukrayna müharibəsi səbəbilə dünyanın müxtəlif ölkələrində təhsil alan ukraynalı tələbələrlə yanaşı, rusiyalı tələbələr də təhsillərində müəyyən problemlərlə üzləşirlər.
AzEdu.az xəbər verir ki, ABŞ və Avropanın bir çox ali təhsil müəssisələrində təhsil alan rusiyalı tələbələrin universitetdə qeydiyyatları silinir.
Son olaraq Ukraynadan gələn tələbələrə qapılarını açan Estoniyanın Tallin Texnologiya Universiteti, Tartu və Tallin Universitetləri Rusiya və Belarusiyanın ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıqlarını dayandırdıqlarını açıqladılar.
Tallin Universiteti isə növbəti tədris ili üçün bakalavr və magistr proqramlarına rus və belarus tələbələrini qəbul etməyəcəyini bildirib.