Azedu.az

Sabah informatika üzrə fənn olimpiadasının I mərhələsi keçiriləcək

21 Yanvar 2022, 11:35
Sabah informatika üzrə fənn olimpiadasının I mərhələsi keçiriləcək

Sabah informatika fənni üzrə respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn formatda təşkil olunacaq olimpiada yanvarın 22-si saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcək. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil edir. Şagirdlərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq. Yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcək.

 

Onlayn yarış mühitindən istifadə qaydaları ilə Təhsil Nazirliyinin saytındakı linkə vasitəsilə tanış olmaq mümkündür.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox