Azedu.az

AzTU-nun tələbəsi Avropa çempionatında bürünc medala layiq görülüb

18 Noyabr 2021, 17:53
AzTU-nun tələbəsi Avropa çempionatında bürünc medala layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin birinci kurs tələbəsi Rəşad Quluzadə Litvanın Vilnüs şəhərində keçirilən Qol güləşi üzrə XXX Avropa çempionatında bürünc medala layiq görülüb.

 

AzEdu.az xəbər verir ki. bu münasibətlə AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadəni qəbul edib. Rektor tələbəyə dərslərində və idman sahəsində daha böyük uğurlar və müvəffəqiyyətlər arzulayıb.

 

Qeyd edək ki, 23 oktyabr – 01 noyabr tarixlərində keçirilən Qol güləşi üzrə XXX Avropa çempionatında  Azərbaycan yığma komandası 11 qızıl, 5 gümüş və 7 bürünc olmaqla ümumilikdə 23 medal qazanıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox