Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-28 12:12:00
Qəbul imtahanlarında coğrafiya fənni  üzrə bal məhdudiyyəti olmayacaq-RƏSMİ

 

“Coğrafiya fənni üzrə bal məhdudiyyəti olmayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

“Bu fənn gələn tədris ilindən III qrupa salınacağı və ilk il olacağı üçün belə bir məhdudiyyət nəzərdə tutulmayıb”

 

Belə ki, III ixtisas qrupuna daxil olan ixtisaslar dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünür. TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən imtahan verilməsi nəzərdə tutulur. DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları