Azedu.az

Yay məktəbi - unudulmaz yay tətili

Məktəblər

31 İyul 2018, 12:40
Yay məktəbi - unudulmaz yay tətili

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə təşkil edilən yay məktəbi davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildiriblər ki, ödənişsiz qaydada təşkil olunan yay məktəbi paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.

Yay məktəbində 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

Yay məktəbinin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox