Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 14:24:00
Daha bir universitetdə yoluxma qeydə alındı- AÇIQLAMA

 

Azərbaycan Texniki Universitetində  (AzTU) ötən həftəsonu 3 tələbənin COVID-19 testi pozitiv çıxıb. Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə univeristetin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

 

Mətbuat katibi həmin qrupda təhsil alan digər tələbələrin vəziyyətindən danışıb:

 

“Sadəcə 3 qrupda bu hal baş verib. Həmin qrupda təhsil alan digər tələbələrin vəziyyəti normaldır. Onlar koronavirusa yoluxmayıb. Pandemiyanın qaydalarına uyğun olaraq onlar iki həftəlik izolyasiya olunub.Auditoriyalar dezinfeksiya edilib. Universitet daxilində mütəmadi dezinfeksiya işləri aparılır”.

 

Son olaraq o, kütləvi yoluxma halının qeydə alınmadığını bildirib.