Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-16 14:39:00
Magistrantlar əsasən iqtisadiyyat və idarəetmə ixtisasları qrupunu seçiblər  

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə 2020/2021-ci tədris ilinin əvvəlinə magistratura səviyyəsi üzrə 9105 nəfər qəbul olub. Onların 8237-si dövlət, 868-i qeyri-dövlət ali təhsil müəssisələrində təhsil alıb.

 

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, magistrantlar daha çox iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna (3272 nəfər) üstünlük veriblər. İkinci yerdə texniki və texnoloji ixtisaslar qrupu (2096 nəfər), üçüncü yerdə təhsil ixtisasları qrupu (901 nəfər) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 817 nəfər seçib.