Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi yekunlaşıb.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, vakansiya seçiminin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Xatırladaq ki, müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi 12 avqust - 15 avqust aralığında aparılıb.
Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malik olublar.