Azedu.az

Filippində məktəbdə DƏHŞƏT: 2 şagird həyatını itirdi

Hadisə

18 Avqust 2026, 10:58
Filippində məktəbdə DƏHŞƏT: 2 şagird həyatını itirdi

Filippinin cənubundakı Zamboanqa şəhərində məktəbdə baş verən silahlı atışma nəticəsində iki şagird ölüb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə "Ateneo de Zamboanga" Universitetinin tabeliyində fəaliyyət göstərən məktəbdə baş verib.

İlkin məlumata görə, 9-cu sinif şagirdi məktəbə silah gətirərək sinif otaqlarından birində atəş açıb. Nəticədə özündən bir sinif yuxarıda təhsil alan şagird həyatını itirib. Atəş açan şagird  daha sonra özünü öldürüb.

Hadisə zamanı başqa ölən və ya yaralanan şəxslərin olmadığı, vəziyyətin nəzarətə alındığı bildirilib. Məktəbin ərazisinə polis və hərbçilər cəlb olunub.

Hadisə Filippində son iki ay ərzində baş verən ikinci məktəb atışmasıdır. İyunda Takloban şəhərindəki dövlət məktəbində iki şagirdin atəş açması nəticəsində üç şagird ölüb, 20-yə yaxın şəxs yaralanıb.

Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür
Son xəbərlərDaha çox