Azedu.az

IV qrupda 150 balla qəbul: Hansı ixtisaslara nə qədər yer ayrılıb?

Ali təhsil

18 Avqust 2026, 14:08
IV qrupda 150 balla qəbul: Hansı ixtisaslara nə qədər yer ayrılıb?

2026-2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisaslara ayrılan plan yerləri məlum olub.

AzEdu.az “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planına əsasən, IV ixtisas qrupu üzrə 150 balla müsabiqədə iştirakın mümkün olduğu ixtisaslara ayrılan plan yerləri barədə yazı hazırlayıb.

IV ixtisas qrupu üzrə Bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvakulturabaytarlıq təbabəti və bitki mühafizəsi ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə müsabiqəyə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Ekologiya ixtisasında isə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Bakı Dövlət Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 30

Su bioehtiyatları və akvakultura - 20

Bitki mühafizəsi - 20

Azərbaycan və rus bölmələri birgə

Ekologiya (tədris ingilis dilində) -  25

Rus bölməsi üzrə

Ekologiya - 25

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 50

Rus bölməsi üzrə

Ekologiya - 20

Naxçıvan Dövlət Universiteti

Azərbaycan bölməsi üzrə

Baytarlıq təbabəti - 50

Bitki mühafizəsi - 15

Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)

Azərbaycan bölməsi üzrə

Ekologiya - 40

Su bioehtiyatları və akvakultura - 12

Bağçılıq və tərəvəzçilik - 20

Bağçılıq və tərəvəzçilik ( qiyabi) - 10

Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) - 30

Baytarlıq təbabəti - 130

Bitki mühafizəsi - 25

Bitki mühafizəsi (tədris türk dilində) - 30

Azərbaycan və rus bölmələri birgə

Bağçılıq və tərəvəzçilik (tədris ingilis dilində) - 10

Baytarlıq təbabəti (tədris ingilis dilində) - 15 

Rus bölməsi üzrə

Baytarlıq təbabəti - 15

Gəncə Dövlət Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 25

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri) 

Azərbaycan və rus bölmələri birgə

Ekologiya - 70

Sumqayıt Dövlət Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 40

Mingəçevir Dövlət Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 30
 

Lənkəran Dövlət Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 45

Bağçılıq və tərəvəzçilik - 50

Baytarlıq təbabəti - 50

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 60

Qərbi Kaspi Universiteti

Azərbaycan bölməsi üzrə

Ekologiya - 30

Su bioehtiyatları və akvakultura - 50

Xəzər Universiteti

Azərbaycan və rus bölmələri birgə

Baytarlıq təbabəti - 40

Baytarlıq təbabəti (tədris ingilis dilində) - 20

“Odlar Yurdu” Universiteti

Azərbaycan və rus bölmələri birgə

Ekologiya - 35

Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı
Son xəbərlərDaha çox