Azedu.az

DİM sədri xarici nümayəndələr ilə görüşüb

Dövlət İmtahan Mərkəzi

18 Avqust 2026, 16:46
DİM sədri xarici nümayəndələr ilə görüşüb

18 avqust 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində beynəlxalq səviyyədə akademik və peşəkar kvalifikasiyaların qiymətləndirilməsi və verifikasiyası sahəsində fəaliyyət göstərən QuadraBay şirkətinin və Milli Təhsil Şəbəkəsinin (National Education Network – NEN) nümayəndələri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin iştirakı ilə keçirilən görüşdə QuadraBay şirkətinin İcraçı direktoru Alaa Masoud, Kvalifikasiyalar və qiymətləndirmə üzrə meneceri Aysel Kərimli, Milli Təhsil Şəbəkəsinin Regional meneceri Maria Malkevich və Biznesin inkişafı üzrə mütəxəssisi Zarina Mukhamedieva iştirak ediblər.

Görüş zamanı ərəb dili üzrə beynəlxalq imtahanının keçirilməsi, təhsil sənədlərinin verifikasıyası, səriştə əsaslı imtahanların təşkili və səriştə əsaslı ixtisasların tanınması istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qeyd olunan məsələlər üzrə növbəti addımların müəyyənləşdirilməsi, əməkdaşlığın konkret istiqamətlərinin dəqiqləşdirilməsi və birgə fəaliyyət imkanlarının atılması ilə bağlı müzakirə aparılıb.

Bakını vurmaqla hədələdilər - Rusiya TV-sində şok sözlər
Son xəbərlərDaha çox