Azedu.az

Tayvanda tələbə sayı 16 il ərzində 54 min azalacaq

Xarici təhsil

18 Avqust 2026, 11:12
Tayvanda tələbə sayı 16 il ərzində 54 min azalacaq

Tayvanda universitetlərə qəbul olunan tələbələrin sayının qarşıdakı illərdə əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Tayvan Təhsil Nazirliyinin proqnozuna görə, 2026-cı ildə təxminən 205 min olan birinci kurs tələbələrinin sayı 2041-42-ci tədris ilində 151 minə qədər enə bilər. Bu isə 16 il ərzində 26,34 faiz azalma deməkdir.

Məlumata əsasən, 2015-16-cı tədris ilində Tayvanda universitetlərin birinci kursuna təxminən 270 min tələbə qəbul olunub. 2025-26-cı tədris ilində isə bu göstərici 205 minə düşüb.

Tələbə sayındakı azalmanın əsas səbəbi ölkədə doğum səviyyəsinin aşağı düşməsidir. Proqnoza görə, qarşıdakı illərdə universitetlər hər il orta hesabla 3 400 tələbə itirə bilər.

Azalan tələbə sayı ali təhsil müəssisələrinin qəbul planlarına da təsir göstərəcək. Təhsil Nazirliyi universitetlərdə qəbul yerlərinin tələbə sayındakı dəyişikliklərə uyğunlaşdırılacağını bildirib.

Tələbə çatışmazlığı artıq Tayvanda bir sıra universitetlər üçün problemə çevrilib. Məlumata görə, 2014-cü ildən etibarən ölkədə 17 özəl universitet və kollec fəaliyyətini dayandırıb. Qarşıdakı illərdə tələbə sayının daha da azalmasının ali təhsil sektorunda yeni dəyişikliklərə səbəb ola biləcəyi gözlənilir.

Fidan Şahkərəmova

Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür
Son xəbərlərDaha çox