Azedu.az

Təhsil üçün yeni istiqamət: Tələbələr Koreyaya axın edir

Xarici təhsil

18 Avqust 2026, 10:25
Təhsil üçün yeni istiqamət: Tələbələr Koreyaya axın edir

Vyetnamın yüksək nəticə göstərən tələbələri xaricdə ali təhsil üçün Cənubi Koreyaya daha çox maraq göstərirlər.

AzEdu.az xəbər verir ki, “The Korea Times” bu barədə məlumat yayıb.

Cənubi Koreyanın Vyetnama coğrafi yaxınlığı və iki ölkə arasında güclənən iqtisadi əlaqələr tələbələrin seçimində əsas amillərdən hesab olunur. Koreya şirkətlərinin Vyetnamda geniş fəaliyyət göstərməsi də bu marağı artırır.

Tələbələrin bir qismi təhsildən sonra Cənubi Koreyada qalaraq işləmək və Koreya şirkətlərində karyera qurmaq imkanını da nəzərə alır.

Bununla yanaşı, Koreyada təhsil alan xarici tələbələr dil baryeri, yaşayış statusu və məzuniyyətdən sonra iş tapmaqla bağlı çətinliklərlə üzləşirlər.

Cənubi Koreya son illərdə Asiya ölkələrindən daha çox xarici tələbə cəlb etməyə çalışır. Vyetnamlı tələbələrin ölkəyə marağının artması da bu siyasətin fonunda baş verir.

Fidan Şahkərəmova

Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür
Son xəbərlərDaha çox