Azedu.az

Meksikada peşə təhsilində yeni model tətbiq olunur

Xarici təhsil

18 Avqust 2026, 12:33
Meksikada peşə təhsilində yeni model tətbiq olunur

Meksikada texniki və peşə təhsilinin inkişaf etdirilməsi məqsədilə yeni pilot layihəyə başlanılıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,UNESCO, Meksikanın Milli Texniki Peşə Təhsili Kolleci (CONALEP) və Sənaye Texnologiyaları və Xidmətləri üzrə Baş Direktorluq (DGETI) ilə birgə “Excellence Centers” -“Mükəmməllik Mərkəzləri” modelini tətbiq etməyə başlayıb.

Layihənin əsas məqsədi texniki və peşə təhsilini əmək bazarının tələblərinə uyğunlaşdırmaq, tələbələrin müasir texniki bacarıqlarını inkişaf etdirmək və təhsil müəssisələri ilə iş dünyası arasında əlaqələri gücləndirməkdir.

Pilot proqram çərçivəsində peşə təhsili müəssisələrinin imkanlarının artırılması, tədris proqramlarının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması və tələbələrin praktiki hazırlığının gücləndirilməsi nəzərdə tutulur.

UNESCO-nun məlumatına görə, Meksikada hazırlanacaq “Mükəmməllik Mərkəzləri” modeli gələcəkdə Latın Amerikası və Karib hövzəsində digər ölkələr üçün də nümunə kimi istifadə oluna bilər.

Fidan Şahkərəmova

Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür
Son xəbərlərDaha çox