Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 12:49:00
Distant təhsil diplomları yalnız bundan sonra tanına bilər – Departament direktoru

 

 

“Distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi və mexanizmi ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmayıb”.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsildə Keyfiyyətin Təminatı Agentliyi   Kvalifikasiyaların tanınması departamentinin direktoru Nicat Əsədli bildirib.

 

Onun sözlərinə görə, xarici ölkələrdə distant alınan təhsil diplom və sertifikatlarının  ölkəmizdə tanınmamasının əsas səbəbi bu barədə hələlik heç bir qanunvericilik aktının olmamasıdır. Bu səbəbdən də  TKTA distant təhsil forması sonucunda əldə edilən diplomların tanınması ilə bağlı heç bir zəruri addım ata bilməz:

 

“Bildiririk ki,  xarici dövlətdə distant əsaslarla alınmış təhsilin sonunda əldə edilmiş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması mümkün hesab edilmir. Belə ki, sözügedən təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi və mexanizmi ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmayıb. Beləliklə, əvvəlcə analoji təhsil forması üzrə yerli qanunvericiliyimizə dəyişikliklər edilməli, praktika formalaşdırılmalıdır. Yalnız bundan sonra distant təhsil üzrə əldə edilmiş xarici ali təhsil ixtisaslarının tanınması meyarlarını müəyyənləşdirmək haqqında müvafiq addımlar atıla bilər”.