Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 16:29:00
Məktəblərdə  dərslik çatışmazlıqları var?- Nazir müavinindən etiraz

 

 

"Mən deməzdim ki, məktəblərdə dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı xüsusi planları var".

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

 

Onun sözlərinə görə, yenidən çap olunması gərək dərsliklər  hazırda nəşr prosesindədirlər:

 

"Hansı dərsliklər yararsız vəziyyətə düşürsə, qanunvericiliyə əsasən, 3-4 ildən sonra yenilənir. Bu istiqamətdə işlər daim davam edir".

 

Nazir müavininin sözlərinə görə, çap olunan dərsliklər şagird sayı nəzərə alınaraq tirajlanır:

 

"Dərsliklərin hazırlanması ciddi prosesdir. Çünki vəsaitlərin hazırlanması üçün mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Prosesdə həm ali təhsil müəssisəsi, həm Dövlət İmtahan Mərkəzi, Azərbaycan  Milli Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə aid dərsliklərin hazırlanmasnıda həmin sahənin mütəxəssisləri iştirak edir və nəticədə dərslik ciddi ekspertizadan keçirilir".