Azedu.az

Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə 19 nəfər uğur qazanıb  

12 Oktyabr 2021, 15:50
Vakant inzibati vəzifələr üzrə daxili müsahibədə 19 nəfər uğur qazanıb  

On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə (89 vakant vəzifə) oktyabrın 7-də başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 169 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 14:05-dək olan məlumata görə, müsahibədə 19 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Daxili müsahibə oktyabrın 19-dək davam edəcək.

 

 

 

 

 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox